45 - 01

Gəl, al məni əllərdən, dərd yağır gözlərdən
Bezmişəm yalançı, saxtakar üzlərdən
Möhtacam sevgilim, doymadım mən səndən
Gəl gülüşlərinlə yaşat məni yenidən

Nərimanov, axşam saat 11
Biraz qar yağır, hava soyuğ və yol da uzağdır.
Mən həmin oğlanam ki, cibimdəki son qəpiyimi
Bələkdə körpəsiylə ac qalmış qadına uzatdım
Gözlədiyim qədər gəlmədin
Ruhum bədənimlə halalaşaq.
Haqqımda pis danışma heç vaxt
Sən gəl heç olmazsa adam kimi sağollaşaq.
Sənə görə mən gör necə yara qopartdım
Yazımla bəzən sarıdım bəzən qanatdım
Sənin kimi olmağ istəmişdim
Heyif Tanrı məni insan kimi yaratdi
Ağlayanda göz yaşını silməmişdim.
Yəni sən heç vaxt qorxduğumu görməmişdin.
Bilirəm Torpağın qoxusunu sevirsən
Biləklər əbəs deyil, ona görə ölmək istəmişdim şair hər gecə içir yazır.
Ölməy yada yaşamağ önümdə seçim qalır.
Bədənimin 70 faizi sudan ibarətkən niyə həmişə sən tərəfdən elə hey içim yanır
Əsil sevgi mürəkkəblə axmağdı, şeirler axmağdı.

Yalnızlığ gecələr xəyallarını qurduqdan sonra

Yastığı qucağlayıb yatmağdı.

Gəl, al məni əllərdən, dərd yağır gözlərdən
Bezmişəm yalançı, saxtakar üzlərdən

Möhtacam sevgilim, doymadım mən səndən
Gəl gülüşlərinlə həyat ver yenidən

Səhf edəndəndə elə et ki, bağışlanmağa üzün olsun
Çalış ki, düzün olsun.
Yazdığım qurandan çox əzbərlənirsə
Mən istəmirəm məhşurluğu, alın sizin olsun.
Gecələr sənsizdir
Sərxoşluğumun səbəbi içki deyil sənsizlik
Əllərim çox üşüyür
Həkim qansızlığ deyir, mən isə sənsizlik.
Göz yaşlarım gözümdən intihar etdi
Yəni, gözümdən intihar etdin
Bilirəm yazanlar var, hamısının ilham pərisi
Mənim yazdığlarıma pərilər intihar etdi
Süzülüm yanağlarından
Payız qonağ gəlirdi, süzülən yanağlarından
Bagışla həddimi aşdım
Şəklini qucağlayıb öpdüm kağız dodağlarından
Nə olar öldür məni səbr eləmə

Gözlərimdə gah daşqın, gah da kı, durur sular.
Heç vaxt gedişinlə fəxr eləmə
Sənnən elə gedərəm ayrılığda qürur duyar

Bu mahnı ürəyinin döyüntüsüylə bəstələnib.
Hər şey qabaqdadır. Sus, danışma,
Sakit ol, sevgi deyəsən xəstələnib, elə hey yatağdadır.

Gəl, al məni əllərdən, dərd yağır gözlərdən
Bezmişəm yalançı, saxtakar üzlərdən
Möhtacam sevgilim, doymadım mən səndən
Gəl gülüşlərinlə həyat ver yenidən



Credits
Writer(s): Ulrich Swillms
Lyrics powered by www.musixmatch.com

Link