Bakı, Gecən Xeyrə

Bu gecə gəlmişdim yanına qonaq
Bu gecə çıxmışdım seyrinə sənin
Elə şirin yatmışdın, doğma şəhərim
Yatmışdı evlərin, pəncərələrin
Damlarla bacalar uyub yatmışdı
Səhərdən yatmayan bir qəmli çinar
Lirik küləklərlə vals yaratmışdı
Lirik küləklərlə vals yaratmışdı
Həzin bir meh əsdi, yarpaq qırıldı
Gecənin rəngləri açıb duruldu
Bakının nəbziylə vurdu ürəyim
Bir yatmış gözələ könlüm vuruldu
Bakının nəbziylə vurdu ürəyim
Bir yatmış gözələ könlüm vuruldu

Asta-asta yeridim, ayılmayasan
Xəzərdən istədim, qorusun səni
Günəşlə danışdım səhər çıxanda
Oyatsın o yatmış kölgələrini
İndi isə yat, Bakı, gecən xeyrə
Qoy yatsın parkların, Bulvarın yatsın
Yatsın ki, sübhdən oyanan zaman
Özüylə bir yeni səhər oyatsın
Həzin bir meh əsdi, yarpaq qırıldı
Gecənin rəngləri açıb duruldu
Bakının nəbziylə vurdu ürəyim
Bir yatmış gözələ könlüm vuruldu
Bakının nəbziylə vurdu ürəyim
Bir yatmış gözələ könlüm vuruldu

Həzin bir meh əsdi, yarpaq qırıldı
Gecənin rəngləri açıb duruldu
Bakının nəbziylə vurdu ürəyim
Bir yatmış gözələ könlüm vuruldu
Bakının nəbziylə vurdu ürəyim
Bir yatmış gözələ könlüm vuruldu



Credits
Writer(s): Elmir Hüseynov, Imruzə Hüseynova
Lyrics powered by www.musixmatch.com

Link