Son Dəfə

Qapıda son dəfə ilk dəfə kimi
Boynunu bükərək durmusan yazıq
Məndən uzaqlaşdın cavanlıq kimi
Ömrümə qayıtmaz olmusan artıq
Əllərin əlimi bir daha sıxmaz
İsti nəfəsini son dəfə duydum
Gözlərin gözümə baxaraq dolmaz
Soyuq baxışını görərək susdum
Soyuq baxışını görərək susdum

Kimdir səni xəyanətə çəkən vəfasız?
Məndənmi gözəldir, məndənmi cavan?
Bu sual dilimdə qaldı cavabsız
Apardı sirrini rəhmsiz zaman
Kimdir səni xəyanətə çəkən vəfasız?
Məndənmi gözəldir, məndənmi cavan?
Bu sual dilimdə qaldı cavabsız
Apardı sirrini rəhmsiz zaman

Xəyalın qəlbimi hər an yaracaq
Beləcə qapıda düşərsən yada
Dünyaya sığılmaz kədərə qalacaq
Nə asan dəyişdin doğmanı yada
Ömrümün ən gözəl çağını aldın
Demədin, nə üçün məni atırsan
Min dəfə "bağışla" deyərək qaldın
Atılmış qalmaqdan yoxsa qorxursan?
Atılmış qalmaqdan yoxsa qorxursan?

Kimdir səni xəyanətə çəkən vəfasız?
Məndənmi gözəldir, məndənmi cavan?
Bu sual dilimdə qaldı cavabsız
Apardı sirrini rəhmsiz zaman
Kimdir səni xəyanətə çəkən vəfasız?
Məndənmi gözəldir, məndənmi cavan?
Bu sual dilimdə qaldı cavabsız
Apardı sirrini rəhmsiz zaman

Kimdir səni xəyanətə çəkən vəfasız?
Məndənmi gözəldir, məndənmi cavan?
Bu sual dilimdə qaldı cavabsız
Apardı sirrini rəhmsiz zaman
Kimdir səni xəyanətə çəkən vəfasız?
Məndənmi gözəldir, məndənmi cavan?
Bu sual dilimdə qaldı cavabsız
Apardı sirrini rəhmsiz zaman



Credits
Writer(s): Imruzə Hüseynova
Lyrics powered by www.musixmatch.com

Link