Dünya

Heç nə istəmirəm səndən, ay dünya
Hər səhər günəşi qaytar Xəzərə
Məni ona, buna möhtac eyləmə
İmkan ver, yaşayım mən bircə kərə
Heç nə istəmirəm, qaytar baharı
Ruhuma çiləyim bir ətir kimi
Heç nə istəmirəm, başım üstündə
Ulduzlu göyləri aç çətir kimi
Heç nə istəmirəm, a dünya
Könlümün nədir ki arzu-diləyi?
Mənə qanad versin mavi dalğalar
Saçımı darasın Bakı küləyi

Heç nə istəmirəm, çiçəklər kimi
Könüllər açılsın, sevgi bitirsin
Hər payız durnalar köçsün qürbətə
Hər bahar ömrümə soraq gətirsin
Mən olum bu torpaq, bu mavi səma
Belə səadəti haradan taparsan?
Nur kimi bir yağış yağsın üstümə
Bütün nisgilimi yuyub aparsın
Bu dünya mənimlə qurtaran deyil
Bütün sirlərimlə tanışam ona
Mənə ömür kimi axan bulaq ver
Hər səhər yuxumu danışım ona

Bu dünya mənimlə qurtaran deyil
Bütün sirlərimlə tanışam ona
Mənə ömür kimi axan bulaq ver
Hər səhər yuxumu danışım ona
Heç nə istəmirəm, a dünya
Könlümün nədir ki arzu-diləyi?
Mənə qanad versin mavi dalğalar
Saçımı darasın Bakı küləyi



Credits
Writer(s): Imruzə Hüseynova
Lyrics powered by www.musixmatch.com

Link