Bağışla - Onun Bəlalı Sevgisi Kinofilmindən

Bir ötən sevgini unuda bilsəm
Könlümü sevginlə ovuda bilsəm
Bir axşam yanına qayıda bilsəm
Bağışla, bağışla, məni bağışla
Bir axşam yanına qayıda bilsəm
Bağışla, bağışla, məni bağışla

Bağışla, qapını döyə bilmirəm
Bağışla, sevirəm, deyə bilmirəm
Özüm də bilmirəm, ah, niyə, bilmirəm
Bağışla, bağışla, məni bağışla
Özüm də bilmirəm, ah, niyə, bilmirəm
Bağışla, bağışla, məni bağışla

Bir sönən ocağam, külünə yanma
Ömrümün ayına, ilinə yanma
Desəm ki, sevmirəm; gəl, mənə inanma
Bağışla, bağışla, məni bağışla
Desəm ki, sevmirəm; gəl, mənə inanma
Bağışla, bağışla, məni bağışla

Bağışla məni
Desəm ki, sevmirəm; gəl, mənə inanma
Bağışla, bağışla, məni bağışla
Bağışla
Məni bağışla



Credits
Writer(s): Emin Sabitoğlu, Ramiz Rövşən
Lyrics powered by www.musixmatch.com

Link