Düşürsən Yadıma - Gün Keçdi Kinofilmindən

"Unut məni səhərlər, gündüzlər unut" -dedi
Ulduzlu gecələrdə unut məni əbədi
Axşamlar yada salma, xatirələrə dalma

Yaxşı, yaxşı, unutdum amma
Düşürsən yadıma yağanda yağışlar
Bağışla, gözəl yar, bağışla, bağışla

"Unut məni payızda, baharda unut" -dedi
Könlündən uzaq eylə dərdi, qəmi, kədəri
Keçən günləri anma, həsrət oduna yanma

Yaxşı, yaxşı, unutdum amma
Düşürsən yadıma yağanda yağışlar
Bağışla, gözəl yar, bağışla, bağışla



Credits
Writer(s): Anar Rzayev, Emin Sabitoğlu
Lyrics powered by www.musixmatch.com

Link