Bir Axşam Taksidən - Gün Keçdi Kinofilmindən

Bir axşam taksidən düşüb payıza
Bilmədik haraya, hayana gedək
Bir axşam taksidən düşüb payıza
Bilmədik haraya, hayana gedək

Bahar həsrətilə payız axşamı
Yenə həzin-həzin titrədi ürək
Bahar həsrətilə payız axşamı
Yenə həzin-həzin titrədi ürək

Yağışın əlindən qaçıb bir küncə
Dayandıq üzümüz dənizə sarı
Yağışın əlindən qaçıb bir küncə
Dayandıq üzümüz dənizə sarı

Yenə tapılmadı, payız gəlincə
O uzaq günlərin itmiş açarı
Yenə tapılmadı, payız gəlincə
O uzaq günlərin itmiş açarı



Credits
Writer(s): Emin Sabitoğlu, Vaqif Səmədoğlu
Lyrics powered by www.musixmatch.com

Link