Səni Sevirəm

Sən zərif qızılgül
Mən vurğun bir bülbül
Sevgi ilə yaşar ürəyim
Mən bu çiçəklə axı neyləyim?
Sən ən gözəl çiçək
Bir xoş qəlbli mələk
Sevgimi necə söyləyim
Mən bu çiçəklə axı neyləyim?

Gəl, həyatı birgə keçək
Nağılla dolsun gələcək
Bu dünyanın hər gününə gözəlliyinlə sevinək
Ömür keçər, illər keçər
Qəlbim səninlə sevinər
Həyatımı həsr edirəm
Təkcə səni mən sevirəm
Təkcə səni mən sevirəm

Sən ən zərif inci
Sən mənim sevincim
Baharın tər çiçəyi
Mən bu çiçəyi necə sevməyim?
Bil sənindir qəlbim
Sənindir mənim ürəyim
Sevgimi necə söyləyim
Mən bu çiçəyi necə sevməyim?

Gəl, həyatı birgə keçək
Nağılla dolsun gələcək
Bu dünyanın hər gününə gözəlliyinlə sevinək
Ömür keçər, illər keçər
Qəlbim səninlə sevinər
Həyatımı həsr edirəm
Təkcə səni mən sevirəm
Təkcə səni mən sevirəm

Gəl, həyatı birgə keçək
Nağılla dolsun gələcək
Bu dünyanın hər gününə gözəlliyinlə sevinək
Ömür keçər, illər keçər
Qəlbim səninlə sevinər
Həyatımı həsr edirəm
Ancaq səni mən sevirəm
Gəl, həyatı birgə keçək
Nağılla dolsun gələcək
Bu dünyanın hər gününə gözəlliyinlə sevinək
Ömür keçər, illər keçər
Qəlbim səninlə sevinər
Həyatımı həsr edirəm
Ancaq səni mən sevirəm
Təkcə səni mən sevirəm
Yalnız səni mən sevirəm



Credits
Writer(s): Gülnür Aslan, Novruz Aslan
Lyrics powered by www.musixmatch.com

Link