İndi Günah Nə Səndədir, Nə Məndə

Sevişəndə iki idik
Ən saf büllurtək idik
Yüz ilqarın kökü idik
İndi günah nə səndədir, nə məndə
Aydan arı, sudan duru
Hərəmiz bir evin nuru
Həm yaş yanır, həm də quru
İndi günah nə səndədir, nə məndə
Güneylərdə bələnərdik
Quzeylərdə əylənərdik
Məhəbbətlə dinlənərdik
İndi günah nə səndədir, nə məndə
Güneylərdə bələnərdik
Quzeylərdə əylənərdik
Məhəbbətlə dinlənərdik
İndi günah nə səndədir, nə məndə
İndi günah nə səndədir, nə məndə

Hər ikimiz bilə-bilə
Nədən belə qalxdıq zilə?
Göz yaşımız dönüb selə
İndi günah nə səndədir, nə məndə
Aydan arı, sudan duru
Hərəmiz bir evin nuru
Həm yaş yanır, həm də quru
İndi günah nə səndədir, nə məndə
Güneylərdə bələnərdik
Quzeylərdə əylənərdik
Məhəbbətlə dinlənərdik
İndi günah nə səndədir, nə məndə
Güneylərdə bələnərdik
Quzeylərdə əylənərdik
Məhəbbətlə dinlənərdik
İndi günah nə səndədir, nə məndə
İndi günah nə səndədir, nə məndə

Güneylərdə bələnərdik
Quzeylərdə əylənərdik
Məhəbbətlə dinlənərdik
İndi günah nə səndədir, nə məndə
Güneylərdə bələnərdik
Quzeylərdə əylənərdik
Məhəbbətlə dinlənərdik
İndi günah nə səndədir, nə məndə
İndi günah nə səndədir, nə məndə
İndi günah nə səndədir, nə məndə



Credits
Writer(s): Həmid Abbas, Oqtay Rəcəbov
Lyrics powered by www.musixmatch.com

Link