Sən Xoşbəxt Ol

Qəlbimizdə bir nəğməsən
Sevgidən yaranmısan
Sən gözəlsən, sən özəlsən
Sən bizə baş tacısan
Ruhumuzun təbəssümü
Evimizin nəşəsi
Nərgizimiz, eşq incisi
Bizim bahar gülümüz
Sevgi nağılın olsun əbədi
Bir ömür boyu sən xoşbəxt ol
Sən öz eşqinin əlindən tut
Gülsün ürəyin, sən xoşbəxt ol
Sevgi nağılın olsun əbədi
Bir ömür boyu sən xoşbəxt ol
Sən öz eşqinin əlindən tut
Gülsün ürəyin, sən xoşbəxt ol
Tanrım səni ailəmizə
Bir hədiyyə göndərdi
Sənə baxan gözlərimiz
Qürurdan fərəhləndi
Dünyalardan, aləmlərdən
Yığsam gözəl sözləri
Onlar belə aciz qalar
Qarşında yenə sənin
Sevgi nağılın olsun əbədi
Bir ömür boyu sən xoşbəxt ol
Sən öz eşqinin əlindən tut
Gülsün ürəyin, sən xoşbəxt ol
Sevgi nağılın olsun əbədi
Bir ömür boyu sən xoşbəxt ol
Sən eşqinin əlindən tut
Gülsün ürəyin, sən xoşbəxt ol
Sevgi nağılın olsun əbədi
Bir ömür boyu sən xoşbəxt ol
Sən öz eşqinin əlindən tut
Gülsün ürəyin, sən xoşbəxt ol



Credits
Writer(s): Hakan Erol, Leyli Erol
Lyrics powered by www.musixmatch.com

Link