Tələsin, İnsanlar

Tələsin, insanlar, şadlıq görməyə
Qəm qüssə görməyə gecikin bir az
Tələsin, insanlar, deyib-gülməyə
Göz yaşı tökməkdən bezikin bir az
Səs salın səmaya, suya, torpağa
Səs salın səmaya, suya, torpağa
Tələsin, insanlar, əldən tutmağa
Tələsin ömür edib şən yaşamağa
Tələsin, insanlar, əldən tutmağa
Tələsin ömür edib şən yaşamağa
Siz hərdən çıxarın xatirinizdən
Həyatda pislik var, qəm var, kədər var
Siz hərdən çıxarın xatirinizdən
Həyatda dəhşətli faciələr var
Səs salın səmaya, suya, torpağa
Səs salın səmaya, suya, torpağa
Tələsin, insanlar, əldən tutmağa
Tələsin ömür edib şən yaşamağa
Tələsin, insanlar, əldən tutmağa
Tələsin ömür edib şən yaşamağa
Tələsin, insanlar, əldən tutmağa
Tələsin ömür edib şən yaşamağa
Tələsin, insanlar, əldən tutmağa
Tələsin ömür edib şən yaşamağa
Tələsin, tələsin, insanlar, tələsir zaman
Düzəlməz işə də "düzəldi" deyin
Hərdən qocaya da "gəncsən, cavansan"
Hərdən kifirə də "gözəlsən, göyçəksən" deyin
Tələsin, insanlar, tələsin



Credits
Writer(s): Cabir Novruz, Oqtay Kazımi
Lyrics powered by www.musixmatch.com

Link