Kaş Geriyə Dönə Bilsəydim

Kaş geriyə dönə bilsəydim
Səni heç kəsə verməzdim mən
Mən

Əgər sən indi bilsəydin
Necə çətindir sənsiz yaşamaq
Əgər bilsəydim o zaman ki
Sənsiz yaşaya bilməyəcəyəm
Hər şey başqa cür olardı
Daha gözəl həyatımız vardı
Indi xoşbəxt ailəmiz olardı
Ya oğlan, ya da qız
Uşağımız vardı
Nə anamın, nə də ki atamın
Sözünə baxmayaydım kaş
Səni hər kəsin əlindən alıb
Uzaqlara qaçıraydım kaş
Səni sevdiyimi sübut edib
Oralarda indi yaşayardıq
Səninlə xoşbəxt
Romantik kinodaki kimi

Mən səni unuda bilmirəm
Geri dönməsən də
Mən hələ də səni dəlicəsinə
Sevirəm

Mən səni unuda bilmirəm
Geri dönməsən də
Mən hələ də gözümü yumunca
Səni görürəm röyalar da

İndi sən başqası ilə
Mən başqası ilə
Yaşayırıq bu cəhənnəmdə
Özümüz günahkarıq vaxtında
Gücümüz yetmədi uduzduq
Hər kəsin dediyinə umduq
Həyatımızı korladıq
Nələr etdik biz özümüzə
Düşman kəsildik bir-birimizə

Mən səni unuda bilmirəm
Geri dönməsən də
Mən hələ də səni dəlicəsinə
Sevirəm

Mən səni unuda bilmirəm
Geri dönməsən də
Mən hələ də səni dəlicəsinə
Sevirəm

Mən səni unuda bilmirəm
Geri dönməsən də
Mən hələ də gözümü yumunca
Səni görürəm röyalar da

Kaş geriyə dönə bilsəydim
Səni heç kəsə verməzdim mən
Mən



Credits
Writer(s): Piri əliyev
Lyrics powered by www.musixmatch.com

Link