Tənhalıq

Yağan yağışlar tək
Əsən külək tək
Çəkəcək hər sınağa
Duyğular səni
Boğacaq bu tənhalıq
Bu illər səni
Vaxtsız bir payızın
Gəlişi kimi

Üzsə də ürəyimi
Tənhalıq hissi
Sənsizliklə nə edim?
Bilmirəm indi
Sonsuz bu tənhalığın
Sonu bu idi
Vaxtsız bir payızın
Gəlişi kimi

Düşünürəm hər zaman
Səni sənsiz də
Bu tənhalıq, sənsizlik
Məni üzsə də
Duyğulu baxışların
Qəmli gözlərdə
Vaxtsız bir payızın
Gəlişi kimi

Düşünürəm hər zaman
Səni sənsiz də
Bu tənhalıq, sənsizlik
Məni üzsə də
Duyğulu baxışların
Qəmli gözlərdə
Vaxtsız bir payızın
Gəlişi kimi

Düşünürəm hər zaman
Səni sənsiz də
Bu tənhalıq, sənsizlik
Məni üzsə də

Düşünürəm hər zaman
Səni sənsiz də
Bu tənhalıq, sənsizlik
Məni üzsə də



Credits
Writer(s): Kifayət Rəşidqızı
Lyrics powered by www.musixmatch.com

Link