Mehmanxana

Bir payız küləyi
Dəniz dalğası
Gəzərkən bir gözəl
Qız keçdi qarşımdan
Həsrətli, duyğulu
Qəmli baxışdan
Ah bu gözəl canalan
Gözlərindən can alan

Tanış olub əl verdik
Əl verərkən sevildik
Söylədim: "Ey gözəl
Yar, ürəyimdə sözüm var."
Düz baxıb gözlərinə
Sevirəm dedim ona
O da geridə qalmayıb
Sevirəm dedi mənə

Həftədə bir günümüz
Keçdi mehmanxanada
Ah bu gözəl canalan
Gözlərindən can alan
Həftədə bir günümüz
Keçdi mehmanxanada

Üç il belə görüşdük
İlləri başa vurduq
Bir gün isə onunla
Tamam biz ayrıldıq
İndi görən hardasan
Ay sevgilim, yarım
Boş qalıb bizim nömrəmiz

Üç il belə görüşdük
İlləri başa vurduq
Bir gün görüşə gəlmədi
Gözlərim yolda qaldı
Ertəsi gün bu gözəl
Barmağında üzük
Rəngi saralmış
Gözləri nəmli gəldi
Ah bu gözəl canalan
Gözlərindən can alan
Sevdiyim bu gözəli
Vəfasız bir qız gördüm

Boş qaldı bizim nömrəmiz



Credits
Writer(s): Piri əliyev
Lyrics powered by www.musixmatch.com

Link