Qız Əlləri

İş də görünməz gözünə
Bəzən yer tapmaz özünə
Həsrətdir şair sözünə
Qız əlləri, qız əlləri
Bu elin qoçaq əlləri
Gözəl, utancaq əlləri
Qız əlləri, gözəlləri
Qız əlləri, gözəlləri

Yatanda da ayıq yatar
Bəd ayaqda qana batar
Arxamızca su da atar
Qız əlləri, qız əlləri
Bu elin dirək əlləri
Bərəkət, çörək əlləri
Qız əlləri, qız əlləri
Qız əlləri, qız əlləri

Gül dərər, körpə bələr
Yıxılsan, köməyə gələr
Gizlincə göz yaşı silər
Qız əlləri, qız əlləri
Bu elin ana əlləri
Göyərçin, sona əlləri
Qız əlləri, qız əlləri
Qız əlləri, qız əlləri
Qız əlləri, qız əlləri
Qız əlləri, qız əlləri



Credits
Writer(s): Tofiq Quliyev, Vaqif Səmədoğlu
Lyrics powered by www.musixmatch.com

Link