Sevirəm Desən

Alışan od olsun, yanan mən olum
Yanan mən olum
Dağlara qış gəlsin, donan mən olum
Donan mən olum
Hər sözü doğru, yalan mən olum
Təkcə gözlərinlə sevirəm, sevirəm
Sevirəm desən
Hər sözü doğru, yalan mən olum
Təkcə gözlərinlə sevirəm, sevirəm
Sevirəm desən

Ömrünə sevgiylə gələn mən olum
Gələn mən olum
Səninlə dərdini bölən mən olum
Bölən mən olum
Bir sənin bəxtinə gülən mən olum
Təkcə gözlərinlə sevirəm, sevirəm
Sevirəm desən
Bir sənin bəxtinə gülən mən olum
Təkcə gözlərinlə sevirəm, sevirəm
Sevirəm desən

Sən vüqar istəsən, dağ tək ucalım
Dağ tək ucalım
Sən nəğmə istəsən, könlümü çalım
Könlümü çalım
Bu yolda səninlə birgə qocalım
Təkcə gözlərinlə sevirəm, sevirəm
Sevirəm desən
Bu yolda səninlə birgə qocalım
Təkcə gözlərinlə sevirəm, sevirəm
Sevirəm desən
Ömrünə sevgiylə gələn mən olum
Gələn mən olum
Səninlə dərdini bölən mən olum
Bölən mən olum
Bir sənin bəxtinə gülən mən olum
Təkcə gözlərinlə sevirəm, sevirəm
Sevirəm desən
Bu yolda səninlə birgə qocalım
Təkcə gözlərinlə sevirəm, sevirəm
Sevirəm desən
A-a-a-a-a-a-a
A-a-a-a-a-a-a



Credits
Writer(s): Baba Vəziroğlu, Rauf əliyev
Lyrics powered by www.musixmatch.com

Link