Deyərmi (feat. Xədicə Abbasova)

Quşlar bağça, bağa girməkdən qabaq
Bağbana elçilər heç göndərərmi?
Bənövşələr dağda boynun bükəndə
Dumana elçilər heç göndərərmi?
Göy çəmənə yağış yağanda səhər
"Otlara, güllərə yağım" deyərmi?
Ay işığı al yanağa düşəndə
"Qara gözlərinə baxım" deyərmi?
Deyərmi, deyərmi?
"Qara gözlərinə baxım" deyərmi?
Deyərmi, balam, deyərmi?
"Qara gözlərinə baxım" deyərmi?

Qışı əridəndə hər yanda Günəş
"Gəlim, ya gəlməyim" soruşmaz bahar
Çiçək nəfəsiylə, körpə səsiylə
"Gülüm, ya gülməyim" soruşmaz bahar
Göy çəmənə yağış yağanda səhər
"Otlara, güllərə yağım" deyərmi?
Ay işığı al yanağa düşəndə
"Qara gözlərinə baxım" deyərmi?
Deyərmi, deyərmi?
"Qara gözlərinə baxım" deyərmi?
Deyərmi, balam, deyərmi?
"Qara gözlərinə baxım" deyərmi?



Credits
Writer(s): Emin Sabitoğlu, Vaqif Səmədoğlu
Lyrics powered by www.musixmatch.com

Link