Yol Ayrıcında

Yazda gömgöy olan bağlar
Payızda tez sovuşurlar
Sevgililər ayrılırlar
Sevgililər qovuşurlar
Yol ayrıcında, yol ayrıcında
Yol ayrıcında

De, nə gördüm bu həyatda?
Gah yatmışam, oyanmışam
İlk eşqimin çətiri altında
Bir sükuta boyanmışam
Yol ayrıcında, yol ayrıcında
Yol ayrıcında

Bəzən olur, nə gizlədim
Ürəklər də haçalaşır
Yol ayrıcında, yol ayrıcında
Yol ayrıcında
Yol ayrıcında
Yol ayrıcında



Credits
Writer(s): Islam Seferli, Tofiq Quliyev
Lyrics powered by www.musixmatch.com

Link