Toyun Mübarək Olsun - "Bəyin Oğurlanması" Filmindən

Qismət imiş qızılgülün butası
Sən olasan doqquz oğul atası
Qız evini boynu bükük görəndə
İnciməsin bəy evinin qudası
İgidlərin yoxdur sayı bu yerdə

Bəy oğlanın yoxdur tayı bu yerdə
Görüm, a bəy, toyun mübarək olsun
Sağdışına, soldışına borc olsun
Görüm, a bəy, toyun mübarək olsun
Sağdışına, soldışına borc olsun

Qız anası, əlin tərpət, diri gəl
A toy bəyi, nə durmusan, yeri gəl
Bəyimizin tərifini deməyə
Aşıq qardaş, meydan sənin, bəri gəl
İgidlərin, igidlərin, igidlərin
İgidlərin yoxdur sayı bu yerdə

Bəy oğlanın yoxdur tayı bu yerdə
Görüm, a bəy, toyun mübarək olsun
Sağdışına, soldışına borc olsun
Görüm, a bəy, toyun mübarək olsun
Sağdışına, soldışına borc olsun



Credits
Lyrics powered by www.musixmatch.com

Link