Daha Nə İstəyirsən

"Qaç" deyərsən, qaçaram
"Uç" deyərsən, uçaram
"Köç" desən, bu dünyanın
O başına köçərəm
Ay gözümün qarası
Ay qəlbimin parası
Ay dərdimin çarası
Daha nə istəyirsən?
Ay gözümün qarası
Ay qəlbimin parası
Ay dərdimin çarası
Daha nə istəyirsən?
Daha nə istəyirsən?
Daha nə istəyirsən?
Daha nə istəyirsən?
Daha nə istəyirsən?

"Yan" deyərsən, yanaram
"Don" deyərsən, donaram
"Qon" deyərsən, şeh olub
Kirpiyinə qonaram
Ay gözümün qarası
Ay qəlbimin parası
Ay dərdimin çarası
Daha nə istəyirsən?
Ay gözümün qarası
Ay qəlbimin parası
Ay dərdimin çarası
Daha nə istəyirsən?
Daha nə istəyirsən?
Daha nə istəyirsən?
Daha nə istəyirsən?
Daha nə istəyirsən?

"Gəl" deyərsən, gələrəm
"Gül" deyərsən, gülərəm
"Öl" deyərsən, bir gündə
Yüz yol, min yol ölərəm
Ay gözümün qarası
Ay qəlbimin parası
Ay dərdimin çarası
Daha nə istəyirsən?
Ay gözümün qarası
Ay qəlbimin parası
Ay dərdimin çarası
Daha nə istəyirsən?
Daha nə istəyirsən?
Daha nə istəyirsən?
Daha nə istəyirsən?
Daha nə istəyirsən?
Nə istəyirsən, ey?



Credits
Lyrics powered by www.musixmatch.com

Link