Saxlayın Gedən Qatarı

Bu qatar vüsaldan həsrətə gedir
Vətən ürəyimdən qürbətə gedir
Deyəsən, ayrı bir qismətə gedir
Nə olar, saxlayın gedən qatarı
Gülüşü aparır, göz yaşım qalır
Ürəyim boşalır, gözlərim dolur
Bu qatar ayrılıq havası çalır
Nə olar, saxlayın gedən qatarı
Nə olar, saxlayın gedən qatarı

Zamanı doğrayıb biçir bu qatar
Sevgimin üstündən keçir bu qatar
Mənim göz yaşımı içir bu qatar
Nə olar, saxlayın gedən qatarı
Yüyürsəm, çağırsam, çata bilmərəm
Qəlbimdən qoparıb ata bilmərəm
Getdinmi, bir daha tuta bilmərəm
Nə olar, saxlayın gedən qatarı
Nə olar, saxlayın gedən qatarı
Mənim baharımı aparıb gedir
Əlini əlimdən qoparıb gedir
Qoymayın, yarımı aparım gedir
Yalvarıram, nə olar, saxlayın gedən qatarı
Yüyürsəm, çağırsam, çata bilmərəm
Qəlbimdən qoparıb ata bilmərəm
Getdinmi, bir daha tuta bilmərəm
Nə olar, saxlayın gedən qatarı
Nə olar, saxlayın gedən qatarı

O getdi, qoymayın
Yalvarıram sizə, bir də yalvarıram
Saxlayın qatarı, saxlayın qatarı
Axı mən yalvarıram
Saxlayın qatarı, saxlayın qatarı



Credits
Lyrics powered by www.musixmatch.com

Link