Nə Bəxtiyardıq

Gül bağçalar arasında qoşa gəzdik
Axşamacan yorulmazdıq, inciməzdik
Bulud ötər, ulduz axar, biz baxardıq
Nə bəxtiyardıq
Ay dolandı, il dolandı, ötdü zaman
Son baharda aramızı kəsdi duman
O günləri xatırlarıq, xatırlarıq
Nə bəxtiyardıq
Ey alovlu günlərim
Qəlbimdə yurd salan
Sevincim, kədərim
Ah, nələri, nələri tapdıq, itirdik
Ey alovlu günlərim
Qəlbimdə yurd salan
Sevincim, kədərim
Ah, nələri, nələri tapdıq, itirdik

Hərdən-hərdən o günlərim düşər yada
Şəvə tellər zaman-zaman ağarsa da
İllər ötər, o günləri xatırlaram
Nə bəxtiyardıq
Ay dolandı, il dolandı, ötdü zaman
Son baharda aramızı kəsdi duman
O günləri xatırlarıq, xatırlarıq
Nə bəxtiyardıq
Ey alovlu günlərim
Qəlbimdə yurd salan
Sevincim, kədərim
Ah, nələri, nələri tapdım, itirdim
Ey alovlu günlərim
Qəlbimdə yurd salan
Sevincim, kədərim
Ah, nələri, nələri tapdım, itirdim

Ey alovlu günlərim
Qəlbimdə yurd salan
Sevincim, kədərim
Eh, nələri, nələri tapdım, itirdim
Ah, alovlu günlərim
Qəlbimdə yurd salan
Sevincim, kədərim
Ah, nələri, nələri tapdım, itirdim
Ah, nələri, nələri tapdım, itirdim
Tapdım, itirdim
Tapdım, itirdim
Tapdım, itirdim



Credits
Writer(s): Hüseyn Arif, Ibrahim Topçubaşov
Lyrics powered by www.musixmatch.com

Link