Ana, Laylamı De

O illərdən keçib illər
Bağçamızda soldu güllər
Telimizdə gəzsin əllər
Ana, mənim laylamı de
Ürəyindən nələr keçsə
Nə istərsən məndən istə
Başımı qoyum dizin üstə
Ana, mənim laylamı de

Darıxmışam sənin üçün
Tükənməsin bir gün gücün
Mən ölərəm sənin üçün
Ana, mənim laylamı de
Bir layla de, mən dincəlim
Gücdən düşür yorğun əlim
Çağır məni, qaçım gəlim
Ana, mənim laylamı de
Ürəyindən mən güc alım
Sən oldun şəkərim, balım
Qolunun üstdə ölüb qalım
Ana, mənim laylamı de
Ana, mənim laylamı de
Ana, mənim laylamı de
Qolunun üstdə ölüb qalım
Ana, mənim laylamı de

Bu dünyada dərdim, payım
Qəmli ötür ilim, ayım
Mən yatım, qoyma ayılım
Ana, mənim laylamı de
Yorulmuşam dərdlərimdən
Yoxdur tutanım əllərimdən
Xəbər yoxdur evlərindən
Ana, mənim laylamı de

Darıxmışam sənin üçün
Tükənməsin bir gün gücün
Mən ölərəm sənin üçün
Ana, mənim laylamı de
Bir layla de, mən dincəlim
Gücdən düşür yorğun əlim
Çağır məni, qaçım gəlim
Ana, mənim laylamı de
Ürəyindən mən güc alım
Sən oldun şəkərim, balım
Qolunun üstdə ölüb qalım
Ana, mənim laylamı de
Ana, mənim, ana, mənim
Qolunun üstdə ölüb qalım
Ana, mənim laylamı de
Ana, mənim laylamı de
Laylamı de



Credits
Writer(s): Sədaqət Arifqızı, Zemfira Elişqızı
Lyrics powered by www.musixmatch.com

Link