Bilən Yoxdur

Bu qatarın adı yoxmuş, sən demə
Heç bilmirəm, mənzil başı haradır?
Küləkləri mən geymişəm əynimə
Saçlarımı səhər yeli daradı
Heyrət etdim, dünyanın çox köçünə
Hər gün düşdüm min qovağın içinə
Sənin yolun sakitliyin içinə
Ah, mənim yolum tufanadır, qaradır

Bu yaşımda hər dinən saz saz deyil
Hər qış qışmı? Hər bahar da yaz deyil
Mənə xoşbəxt deyənlər də az deyil
Bilən yoxdur, ah, bilən yoxdur
Bağrım başı yaradır
Bilən yoxdur, bilən yoxdur
Bağrım başı yaradır

İnadının yollarından yavaş-yavaş
Nəyə lazım bu vuruşlar, bu savaş?
Sənin qəlbin əzəl başdan qara daş
Mənim qəlbim elə para-paradır
Hidayətsiz ömür yoxsa, min yaşa
Gəl qarğıma o illərə, bu yaşa
Sənə tərəf yüz yol gəlir birbaşa
Neyləyim ki, mənim baxtım qaradır?

Bu yaşımda hər dinən saz saz deyil
Hər qış qışmı? Hər bahar da yaz deyil
Mənə xoşbəxt deyənlər də az deyil
Bilən yoxdur, ah, bilən yoxdur
Bağrım başı yaradır

Ah, bu yaşımda hər dinən saz saz deyil
Hər qış qışmı? Hər bahar da yaz deyil
Mənə xoşbəxt deyənlər də az deyil
Bilən yoxdur, bilən yoxdur
Bağrım başı yaradır
Bilən yoxdur, bilən yoxdur
Bağrım başı yaradır

Bağrım yaradır



Credits
Writer(s): Fəxrəddin Ziya, Hidayət Orucov
Lyrics powered by www.musixmatch.com

Link