İlk Sevgi

Göydə ulduz gilə-gilə
Yığmaq olmur gilə-gilə
Mən baxıram qəlbim yanır
Sən baxırsan gülə-gülə
Mən baxıram qəlbim yanır
Sən baxırsan gülə-gülə
Üzüm bağı gözüm düşər
Salxımından üzüm düşər
Yar sallanar ürəyimə
İlk sevginin közü düşər
Yar sallanar ürəyimə
İlk sevginin közü düşər

Yar bağında çiçək olar
Yel əsdirər ürkək olar
Gül içində gəzən qızın
Qəlbi güldən kövrək olar
Gül içində gəzən qızın
Qəlbi güldən kövrək olar
Üzüm bağı gözüm düşər
Salxımından üzüm düşər
Yar sallanar ürəyimə
İlk sevginin közü düşər
Yar sallanar ürəyimə
İlk sevginin közü düşər

Nə gözümün yuxusu var
Nə qəlbimin qorxusu var
Yar oyaqdır bu gecədə
Bir bənövşə qoxusu var
Yar oyaqdır bu gecədə
Bir bənövşə qoxusu var
Üzüm bağı gözüm düşər
Salxımından üzüm düşər
Yar sallanar ürəyimə
İlk sevginin közü düşər
Yar sallanar ürəyimə
İlk sevginin közü düşər
İlk sevgimin közü düşər



Credits
Writer(s): Dilsuz Mustafayev, Ramiz Mirişli
Lyrics powered by www.musixmatch.com

Link