Faytonçu

Haradadır Bakımızın o köhnə küçələri
Fayton dolaşan döngələri?
Faytonçunu gəzirəm, axtarıram hey onu
Görüb deyim, saxla faytonu

Deyim ona, sür yenə öz köhnə Bakımıza
Qayıt o gənclik vaxtımıza
Köhnə dostum, tələsmə, yox daha o dost-tanış
Darıxmışam, Bakıdan danış

Faytonçu, yadındamı Bakımızın bulvarı
Kafe Sadkosu, Gilavarı?
De, görüm, yadındamı necə hər axşam çağı
Qaynayar Malakan bağı?
Faytonçu, yuxu kimi gəlir mənə o günlər
Nə tez uçdu ömürdən illər
Faytonçu, yuxu kimi gəlir mənə o günlər
Nə tez uçdu ömürdən illər

Haradadır Bakımız o köhnə faytonları
Bir də o illərin dostları?
Məhləmizdən keçəndə səsləyərdik biz onu
"Ey faytonçu, saxla faytonu"
Sürdürərdik bulvara, Basinə, Çadrovıya
Oradan enərdik Tarqovıya
Küçələrdə uşaqlar qaçardı ayaqyalın
Arxasınca o faytonların

Faytonçu, yadındamı Bakımızın bulvarı
Kafe Sadkosu, Gilavarı?
De, görüm, yadındamı necə hər axşam çağı
Qaynayar Malakan bağı?
Faytonçu, yuxu kimi gəlir mənə o günlər
Nə tez uçdu ömürdən illər
Faytonçu, yuxu kimi gəlir mənə o günlər
Nə tez uçdu ömürdən illər

Faytonçu yadındamı Bakının Kubinkası
Adlı-sanlı Şamaxinkası
De, görüm, yadındamı Sovetskinin tramvayı
Minib-düşərdik pulsuz, havayı
Faytonçu, qovma dostumu
Asta-asta bir az sür
Onsuz da ömürdən illər ötür
Ömrümüzün faytonu aparsa da bizləri
Keçmişimizin qalıb izləri

Faytonçu, yuxu kimi gəlir mənə o günlər
Nə tez uçdu ömürdən illər
Faytonçu, yuxu kimi gəlir mənə o günlər
Nə tez uçdu ömürdən illər



Credits
Writer(s): Rafael Dadaşov
Lyrics powered by www.musixmatch.com

Link