Taleyimlə Barışdım

Soruşmayın, nədən belə qəmliyəm?
Ürəyimi sızıldadır dərd-ələm
Mən bilməzdim, nədir qüssə, nədir qəm?
Dərd çəkərək taleyimlə barışdım
Soruşmayın, nədən belə qəmliyəm?
Ürəyimi sızıldadır dərd-ələm
Mən bilməzdim, nədir qüssə, nədir qəm?
Dərd çəkərək taleyimlə barışdım

Öz hökmü var, sən demə, hər bir anın
Qapısını açmaq üçün zindanın
Çox vuruşdum, gecə-gündüz çalışdım
Bacarmayıb taleyimlə barışdım
Öz hökmü var, sən demə, hər bir anın
Qapısını açmaq üçün zindanın
Çox vuruşdum, gecə-gündüz çalışdım
Bacarmayıb taleyimlə barışdım
Ümid qalıb bircə Allaha
Gümanım yox gecədən sabaha
Yandım, yandım
Taleyimlə barışdım
Ümid qalıb bircə Allaha
Gümanım yox gecədən sabaha
Yandım, alışdım
Taleyimlə barışdım

Tutulmağım heç gəlməzdi xəyala
Çıxmağıma kim ölə, kim qala
Məhkum olub məhbuslara qarışdım
Məcbur olub taleyimlə barışdım
Tutulmağım heç gəlməzdi xəyala
Çıxmağıma kim ölə, kim qala
Məhkum olub məhbuslara qarışdım
Məcbur olub taleyimlə barışdım

Öz hökmü var, sən demə, hər bir anın
Qapısını açmaq üçün zindanın
Çox vuruşdum, gecə-gündüz çalışdım
Bacarmayıb taleyimlə barışdım
Öz hökmü var, sən demə, hər bir anın
Qapısını açmaq üçün zindanın
Çox vuruşdum, gecə-gündüz çalışdım
Bacarmayıb taleyimlə barışdım
Ümid qalıb bircə Allaha
Gümanım yox gecədən sabaha
Yandım, yandım
Taleyimlə barışdım
Ümid qalıb bircə Allaha
Gümanım yox gecədən sabaha
Yanıb-alışdım
Taleyimlə barışdım
Hey..., ümid qalıb bircə Allaha
Gümanım yox gecədən sabaha
Yandım, yandım
Taleyimlə barışdım
Ümid qalıb bircə Allaha
Gümanım yox gecədən sabaha
Yanıb-alışdım
Taleyimlə barışdım



Credits
Writer(s): Arif əsədullazadə, Nadir əzimov
Lyrics powered by www.musixmatch.com

Link