Çağırırsan

Gecəm sənsiz oyaq qalıb
Gündüzümün rəngi qaralıb
Sənsizlik yaman ağır
Bu dərdlə gedim hara?
Sən Günəş, mən işığam
Göylərinə köçə bilmirəm
İstərəm, sənə sığınım
O yollardan keçə bilmirəm
Çağırırsan, gələ bilmirəm
Əllərimdə əllərindir
Üzümə əsən yel deyil
Sənin ipək tellərindir
Çağırırsan, gələ bilmirəm
Əllərimdə əllərindir
Üzümə əsən yel deyil
Sənin ipək tellərindir
Sönən şamın işığında
Gözlərimə gözün baxar
Əriyərəm şam kimi
Bu tənhalıq məni sıxar
Bu həsrətin körpü salıb
Yerlə göyün arasında
Xəyalınla danışaraq
Ürəyimin parasında
Çağırırsan, gələ bilmirəm
Əllərimdə əllərindir
Üzümə əsən yel deyil
Sənin ipək tellərindir
Çağırırsan, gələ bilmirəm
Əllərimdə əllərindir
Üzümə əsən yel deyil
Sənin tellərindir
Çağırırsan, gələ bilmirəm
Əllərimdə əllərindir
Üzümə əsən yel deyil
Sənin ipək tellərindir
Çağırırsan, gələ bilmirəm
Əllərimdə əllərindir
Üzümə əsən yel deyil
Sənin tellərindir

Gələ bilmirəm
Gələ bilmirəm
Gələ bilmirəm
Bu yollardan keçə bilmirəm
Çağırırsan, gələ bilmirəm
Əllərimdə əllərindir
Üzümə əsən yel deyil
Sənin tellərindir
Gələ bilmirəm
Gələ bilmirəm
Gələ bilmirəm
Bu yollardan keçə bilmirəm
Çağırırsan, gələ bilmirəm
Əllərimdə əllərindir
Üzümə əsən yel deyil
Sənin tellərindir



Credits
Writer(s): Nadir əzimov, Sabir Abdinov
Lyrics powered by www.musixmatch.com

Link