Hələ Gec Deyil (feat. Səidə Dadaşova)

O anlar..., o anları unutmaq olarmı?
O bahar..., o baharın gülləri solarmı?
O sözlər..., o sözlərsiz sevənlər qalarmı?
O günlər..., bizdən qaçan o günlər
O anlar sevgimizin əziz xatirəsi idi
O bahar çiçəklərin özəl bir nəğməsi idi
O sözlər eşqimizin əziz zümzüməsi idi
O günlər, ətir saçan o günlər
Hələ gec deyil, hələ gec deyil, sevgilim
Səninlə ölümə mən bir gedərəm
Hım..., hələ gec deyil, heç gec deyil, sevgilim
Ömrümü sənə qurban mən edərəm

Nə olar, o bahara biz yenə qayıdaq
Nə olar, o günlərin acısın unudaq
Mən sənsiz yaralanmış qanadsız bir quşam
Mən sənsiz öz dünyamda tənha qalmışam
Hələ gec deyil, hələ gec deyil, sevgilim
Səninlə ölümə mən bir gedərəm
Hım..., hələ gec deyil, heç gec deyil, sevgilim
Ömrümü sənə qurban mən edərəm

Hələ gec deyil, hələ gec deyil, sevgilim
Səninlə ölümə mən bir gedərəm
Hım..., hələ gec deyil, heç gec deyil, sevgilim
Ömrümü sənə qurban mən edərəm
Hələ gec deyil, hələ gec deyil, sevgilim
Səninlə ölümə mən bir gedərəm
Hım..., hələ gec deyil, heç gec deyil, sevgilim
Ömrümü sənə qurban mən edərəm



Credits
Writer(s): Rafael Dadaşov
Lyrics powered by www.musixmatch.com

Link