Qonşuda Qız Sevənin

Bir küçədə hər səhər
Qarşılar qız, oğlan
Bir küçədə hər səhər
Qarşılar qız, oğlan
Qonşular da bu zaman
Pıçıldaşır astadan
Qonşular da bu zaman
Pıçıldaşır astadan
Ah, heç sinədə bu qədər
Ah, düyün olmaz, dağ olmaz
Qonşuda qız sevənin
Ürəyində yağ olmaz
Qonşuda qız sevənin
Ürəyində yağ olmaz

O çiçəklər, o güllər
Tez-tez dəyər gözünə
O çiçəklər, o güllər
Tez-tez dəyər gözünə
Baxar qızın üzünə
Deyər özü-özünə
Baxar qızın üzünə
Deyər özü-özünə
Ah, heç sinədə bu qədər
Ah, düyün olmaz, dağ olmaz
Bu qədər yaxın olan
Bu qədər uzaq olmaz
Qonşuda qız sevənin
Ürəyində yağ olmaz

Ah, heç sinədə bu qədər
Ah, düyün olmaz, dağ olmaz
Bu qədər yaxın olan
Bu qədər uzaq olmaz
Qonşuda qız sevənin
Ürəyində yağ olmaz
Qonşuda qız sevənin
Ürəyində yağ olmaz
Qonşuda qız sevənin
Ürəyində yağ olmaz



Credits
Lyrics powered by www.musixmatch.com

Link