Azərbaycan Qızıyam

Mən bu elin qızıyam, anamdır Azərbaycan
Mən onun sinəsindən süd əmib zaman-zaman
Böyüyüb boy atmışam, saf suları qanımdır
Uca dağı vüqarım, torpağı dərmanımdır
Böyüyüb boy atmışam, saf suları qanımdır
Uca dağı vüqarım, torpağı dərmanımdır
Fərhad dağda külünglə surətimi qazıbdır
Şirin sədaqətimi tarixlərə yazıbdır
Qəribin Sənəmiyəm, Koroğlunun Nigarı
Nəbiyə Həcər olub dolanmışam dağları
Demirəm: "Bir dənəyəm"
"Gözəllik ulduzuyam"
Hər elin öz övladı
Azərbaycan qızıyam
Demirəm: "Bir dənəyəm"
"Gözəllik ulduzuyam"
Hər elin öz övladı
Azərbaycan qızıyam

Bu torpaq gözlərimə rəngindən rəng veribdir
Səsimə öz səsindən sular ahəng veribdir
Ay verib hüsnümü, lalələr dodağımı
Günəş şəfəqlər ilə boyayıb yanağımı
Ay verib hüsnümü, lalələr dodağımı
Günəş şəfəqlər ilə boyayıb yanağımı
Fərhad dağda külünglə surətimi qazıbdır
Şirin sədaqətimi tarixlərə yazıbdır
Qəribin Sənəmiyəm, Koroğlunun Nigarı
Nəbiyə Həcər olub dolanmışam dağları
Demirəm: "Bir dənəyəm"
"Gözəllik ulduzuyam"
Hər elin öz övladı
Azərbaycan qızıyam
Demirəm: "Bir dənəyəm"
"Gözəllik ulduzuyam"
Hər elin öz övladı
Azərbaycan qızıyam
Azərbaycan qızıyam
Azərbaycan qızıyam
Mən bu elin qızıyam



Credits
Lyrics powered by www.musixmatch.com

Link