Ürəkdir Sevən Səni

Səhər şirin yuxudan
Eşqinlə oyanıram
Sən işə yollananda
Yol üstə dayanıram
Dönüb baxmırsan mənə
Alışıram, yanıram
Dönüb baxmırsan mənə
Alışıram, yanıram
Eşqimi ucuz tutub
Məni gəl incitmə sən
Mənim nə təqsirim var?
Ürəkdir sevən səni
Mənim nə təqsirim var?
Ürəkdir sevən səni

Sevən sevir ürəkdən
Mətanət var, dözüm var
O qara gözlərində
Xeyli vaxtdır gözüm var
Bir mənə bax, gözəl yar
Sənə xeyli sözüm var
Bir mənə bax, gözəl yar
Sənə xeyli sözüm var
Eşqimi ucuz tutub
Məni gəl incitmə sən
Mənim nə təqsirim var?
Ürəkdir sevən səni
Mənim nə təqsirim var?
Ürəkdir sevən səni

Ayüzlü Nigarım, kimə mehman olacaqsan? Yar... Ay
Bir söylə, kimin şəninə şayan olacaqsan?
Yar... Yar, ey

Şahlıq çətiri var başım üstündə bu axşam
Ənbər çətirinlə... Yar
Ənbər çətirinlə sən kimə mehman olacaqsan?
Yar... Yar, ey, aman... Aman, ay aman, ay aman, ey

Eşqimi ucuz tutub
Məni gəl incitmə sən
Mənim nə təqsirim var?
Ürəkdir sevən səni
Mənim nə təqsirim var?
Ürəkdir sevən səni
Mənim nə təqsirim var?
Ürəkdir sevən səni
Mənim nə təqsirim var?
Ürəkdir sevən səni



Credits
Lyrics powered by www.musixmatch.com

Link