Mehribanım

Səni hər an gözləyərəm
İzləyərəm pəncərədən
Baxışların bulaq kimi
Axıb gedər küçələrdən
Deyirsən ki, deyirsən ki
Sorma məni bir kimsədən
Necə susum, necə danım?
Səni sevdim, səni andım
El içində, Mehribanım
Adındamı, özündəmi
Sözündəmi mehribanlıq?
Heç bilmirəm, necə oldu
Bu sevdaya qoşa yandıq
Seviriksə, eşqimizdən axı niyə utanırıq?
Necə susum, necə danım?
Səni sevdim, səni andım
El içində, Mehribanım
Mehribanım, Mehribanım
Mehribanım, Mehribanım
Qönçəm mənim, gülüm mənim
Ulduz dolu kəhkəşanım
İstəyirəm, haray salıb bu sevdanı elə yayım
Necə susum, necə danım?
Səni sevdim, səni andım
El içində, Mehribanım

Necə susum, necə danım?
Səni sevdim, səni andım
Mehribanım, Mehribanım
Mehribanım, Mehribanım
Mehribanım, Mehribanım
Mehribanım, Mehribanım



Credits
Lyrics powered by www.musixmatch.com

Link