Qaragilə

Gəlmişəm otağına
Oyadam səni
Qaragiləm, oyadam səni
Nə gözəl
Xəlq eləmiş
Yaradan səni
Ay balam
Yaradan səni
Götürüb mən qaçaram
Aradan səni
Qaragiləm
Aradan səni
Götürüb mən qaçaram
Aradan səni
Qaragiləm
Aradan səni
Qızılgül əsdi
Səbrimi kəsdi
Qızılgül əsdi
Səbrimi kəsdi
Sil gözün yaşını
Qaragiləm, ağlama
Bəsdi, ay balam
Sil gözünün yaşını
Qaragiləm, ağlama bəsdi

Təbrizin küçələri
Dolanbadolan
Qaragiləm, dolanbadolan
Sən ki, məni
Sevmədin
Get, ayrı dolan
Qaragiləm, get
Ayrı dolan
Nə mənə qız
Qəhətdir
Nə sənə oğlan
Ay balam
Nə sənə oğlan
Nə mənə qız
Qəhətdir
Nə sənə oğlan
Qaragiləm
Nə sənə oğlan
Dərbənd aralı
Könlüm, ay balam
Yaralı

Dərbənd aralı
Könlüm yaralı
Bir yar sevmişəm
Qaragiləm
Ellər maralı
Ay balam
Bir yar sevmişəm
Qaragiləm
Ellər maralı
Yıxdı can evimi
Aman ayrılıq

Yıxdı can evimi
Aman ayrılıq
Məndən gözyaşları
Uman ayrılıq

Dad sənin əlindən
Aman ayrılıq

Dad sənin əlindən
Aman ayrılıq
Sevgilim haradasan
Nigaranam, gəl?
Mən yenə əvvəlki
Süleymanam, gəl

Halım bilirsənmi
Necədir sənsiz?

Halım bilirsənmi
Necədir sənsiz?
Gündüzüm gözümdə
Gecədir, gecədir
Gecədir sənsiz

Ey, dərdimi bilmirəm
Neçədir sənsiz
Dərdimi bilmirəm
Neçədir sənsiz
Sənsiz elə bil ki
Yarım canam, gəl
Mən yenə əvvəlki
Mən yenə əvvəlki
Süleymanam, gəl
Yar
Yar
Yar, yar



Credits
Writer(s): Xalq Mahnısı
Lyrics powered by www.musixmatch.com

Link