Yoxsan Yanımda

Göylər həzin nəğmə çalır
Yenə həsrət var canımda
Bulud aya meyil salır, bircə sən yoxsan yanımda
Külək yenə oyun qurur kədərli bir anımda
Yağış yenə yağıb, durur, sən yoxsan yanımda
Külək yenə oyun qurur kədərli bir anımda
Yağış yenə yağıb, durur, sən yoxsan yanımda

Hər tərəfdə göz izləri, səsin qalıb otağımda
Yadındamı o sözlərin, bircə sən yoxsan yanımda?
Yuxularım qeyb olubdur, buza dönüb yatağımda
Gözlərimə qor dolubdur, sən yoxsan yanımda
Yuxularım qeyb olubdur, buza dönüb yatağımda
Gözlərimə qor dolubdur, sən yoxsan yanımda
Gözlərinin rəngi qalıb, yanağımda, dodağımda
Ürəyimdə yuva salıb, sən yoxsan yanımda
Sən yoxsan yanımda

Credits
Writer(s): Baba Vəziroğlu, Faiq Sücəddinov
Lyrics powered by www.musixmatch.com

Link