Səni Gözləyirəm

Ümidlə baxaram sən gələn yola
Gəl, qoyma gözlərim həsrətdən dola
Həmdəmim bir dəniz, bir sahil ola
Səni gözləyirəm, səni, haradasan?
Həmdəmim bir dəniz, bir sahil ola
Səni gözləyirəm, səni, haradasan?
Sən gəldin ömrümə şirin pay kimi
İsitdin könlümü günəş, ay kimi
İndidə kükrəyən dəli çay kimi
Səni gözləyirəm, səni, haradasan?
Səni gözləyirəm, səni, haradasan?

Dönüb zərif gülə, bitəcəm sənsiz
Bülbültək hər bahar ötəcəm sənsiz
Bir gün də öləcəm, itəcəm sənsiz
Səni gözləyirəm, səni, haradasan?
Bir gün də öləcəm, itəcəm sənsiz
Səni gözləyirəm, səni, haradasan?
Sən gəldin ömrümə şirin pay kimi
İsitdin könlümü günəş, ay kimi
İndidə kükrəyən dəli çay kimi
Səni gözləyirəm, səni, haradasan?
Səni gözləyirəm, səni, haradasan?
Səni gözləyirəm, haradasan?
Haradasan
Haradasan?
Haradasan?

Haradasan...?



Credits
Writer(s): Sədaqət Arifqızı, Zemfira Elişqızı
Lyrics powered by www.musixmatch.com

Link