Sən Olmuşam

Sən coşqun dənizsən, yoxsa bir ada?
Sən şirin nəğməsən, yoxsa bir səda?
Odur ki, sirlərlə dolu dünyada
Tək sənin sirrini bilən olmuşam
Sənin gülüşünə dönən olmuşam
Sevinən, gülən mən olmuşam
Sirrini bilən mən olmuşam
Mən olmuşam
Sevinən, gülən mən olmuşam
Sirrini bilən mən olmuşam
Mən olmuşam, ay yarım
Mən olmuşam

Qönçələr günəşə açılır deyə
Günəş də bənzəyir nur piyaləyə
Dağda şəlaləyə, düzdə laləyə
Sənin baxışına baxan olmuşam
Səmada ay kimi axan olmuşam
Ay kimi axan mən olmuşam
Yoluna baxan mən olmuşam
Mən olmuşam
Ay kimi axan mən olmuşam
Yoluna baxan mən olmuşam
Mən olmuşam, ay gülüm
Mən olmuşam

Sən gedən yolların yolçusuyam mən
Sən gəzən bağların ovçusuyam mən
Sən baxan göylərin ulduzuyam mən
Səninçün alışan, yanan olmuşam
Alışan olmuşam, yanan olmuşam
Oduna yanan mən olmuşam
Özüm deyiləm, sən olmuşam
Sən olmuşam
Səmada axan mən olmuşam
Sirrini bilən mən olmuşam
Mən olmuşam, mən olmuşam
Alışan, yanan mən olmuşam
Özüm deyiləm mən, sən olmuşam
Sən olmuşam
Alışan, yanan mən olmuşam, ey
Özüm deyiləm, sən olmuşam
Sən olmuşam, sən olmuşam



Credits
Writer(s): Emin Sabitoğlu, Gəray Fəzli
Lyrics powered by www.musixmatch.com

Link